İspan qripi Hindistanda necə 17 milyon can aldı?- Tarix...

İspan qripi Hindistanda necə 17 milyon can aldı?- Tarix...

Birinci Dünya Müharibəsi zamanı ortaya çıxan ispan qripi döyüşdə iştirak edən hind əsgərlərinin vasitəsilə bəzi Asiya ölkələrinə yayılıb.

Moderator.az xəbər verir ki, Hindistanda ispan qripi səhiyyə sistemini və sosial həyatı daha ölümcül vəziyyətə gətirib. Hindistan tarix boyu xolera, vəba, çiçək xəstəliyi, malyariya və digər xəstəliklərə məruz qalıb. İyirminci əsrin ikinci yarısında ortaya çıxan ispan qripi Hindistan, Pakistan, Banqladeş və Birmada milyonlarla insanın həyatını itirməsinə səbəb olub. 1918-ci ilin ilk aylarında Birinci Dünya Müharibəsi dövründə İspan qripi yayılsa da, əsgərlər arasında ölüm nisbəti az olub.

Elə həmin ilin may və iyun aylarında qrip Hindistana qədər çatıb. Döyüşmək üçün Avropaya gedən hind əsgərləri geri qayıdarkən bu xəstəliyi də özləriylə gətiriblər və qripin ölkə daxilində yayılmasına səbəb olublar. Bir çox mənbəyə görə xəstəlik əvvəlcə Avropadan Hindistana hind əsgərlərini gətirən gəmilərdən biri vasitəsilə Mumbai şəhərinə gətirilib. Əsgərlərin şəhərlərdə gəzməsi nəticəsində xəstəlik bütün ölkəni bürüyüb və milyonlarla insanın ölümünə səbəb olub.

Həmin dövrdə mətbuat yazır ki, hər gün 300 ölüm faktı qeydə alınırdı. Hər gün təxminən 150-200 cəsət yandırılıb. Təkcə Mumbai şəhərində bir gündə 768 nəfər dünyasını dəyişib. İspan qripinə yoluxan tanınmışlar sırasında Hindistan İstiqlal Hərəkatının siyasi və mənəvi lideri Mahatma Qandi də var. Cənubi Afrikadan qayıdıb dörd il sonra geniş yayılmış irqçi ayrıseçkilik siyasətinə məruz qaldıqdan sonra 48 yaşlı Qandı ispan qripinə yoluxaraq evdə qalıb. Amma o, həyatda qala bilib.

1918-1920-ci illərdə ispan qripi 50 milyondan çox insanı öldürüb. Ancaq Hindistanda xəstəlik sadəcə iki il içində Birici Dünya Müharibəsində daha çox can alıb. Xəstəlikdən ölən hindlilərin sayı 17 milyona çatıb.

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az