Bakıda bu məktəbə qəbul 1 000 manatdır - ŞOK

Bakıda bu məktəbə qəbul 1 000 manatdır -     ŞOK

Gələn il üçün məktəblərdə 1-ci sinifə qəbul keçirilir. Oxucuların çoxsaylı məktublarından bəlli olur ki, köhnə qayda yenə davam edir. Şəhərin mərkəzində yerləşən prestijli məktəblərə qəbul ancaq tapşırıq və ya pulla həyata keçirilir. Məsələn, 20 nömrəli məktəbə qəbul 1000 manatdan başlayır. Bu qaydalar digər məktəblərdə də var. Təhsil sistemində yenə süpürgəçidən tutmuş hamı rüşvət müqabilində işə qəbul edilirlər. Bəziləri hətta Misir Mərdanovun atasına rəhmət də oxuyur. İndi mənə deyin, bunun adı İSLAHATdır?

Heç kim son yazılarımı cəbhə dəyişikliyi kimi başa düşməsin. Bundan sonra da hər müsbət addımı alqışlayacam. Ancaq o qədər sadəlöhv deyiləm ki, imitasiya, əl dəyişikliyi ilə islahata doğru addımı başa düşməyim. Hər dəfə təkrar edəcəm. Vəziyyət həddindən artıq pisdir və hakimiyyət reallığı başa düşməlidir. Son addımları ilə hakimiyyət özünə quyu qazıb payızın daha qaynar olmasına çalışır. Belə davam etsə payızda gözlədiyim qarışıqlığın qarşısını heç bir qüvvə ala bilməyəcək.

Məni kimi az-çox təmənnasız sizə dəstək olub dəyişiklik istəyənləri də özünüzdən uzaqlaşdırmayın.

Aslan İsmayılov

Hüquqşünas

Mənbə: pravda.az