Bayram yarmarkaları açıldı - İki gün davam edəcək

Bayram yarmarkaları açıldı - İki gün davam edəcək

Paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonlarınında “Kənddən Şəhərə” Ramazan yarmarkası açılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə təşkil edilən yarmarkalar 2 gün davam edəcək. Yarmarkanın təşkilində məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış yerləri yaratmaqdır. Qeyd edək ki, yarmarka karantin normalarına əməl edilməklə təşkil olunub.

Mayis Musayev “Aqrar Tədarük Və Təchizat” ASC-nin mətbuat katibi

Bütün fermerlər əlcək maska təmin olunub eyni zamanda girişdə dezinfeksiya məhlulu var burda alıcılar satıcılar əllərin dezinfeksiya edə bilərlər soğan 30 qəpik karotf 50 qəpik xiyar pomidor 70-1 manat arası alça gilas 2-2.50 qəpik qiymətlə təklif olunur

atv.az

Mənbə: www.atv.az