İyun ayında bəzi məhdudiyyətlər götürülə bilər - Vətəndaşların üzərinə böyük məsuliyyət düşür

İyun ayında bəzi məhdudiyyətlər götürülə bilər - Vətəndaşların üzərinə böyük məsuliyyət düşür

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirtdiyi brifinqində iyun ayında alış-veriş mərkəzlərinə və rayonlara gediş gəlişə olan məhdudiyyətlərin aradan qaldırıla biləcəyinə dair açıqlamalar olub. Xüsusi Karanti rejimində mərhələli şəkildə yumşalmalar olduqca əhalinin də məsulliyyəti bir o qədər artmalıdır. üzərimizə düşən məsuliyyətləri artıqlamasıyla yerinə yetirməliyik. Qaydalara əməl etməliyik ki, virusun yayılmasının qarşısını ala bilək.

Karonavirusa görə qoyulan bəzi qadağaların iyun ayında yumuşaldılmasımüzakirə movzusudr. Nəzərə alaq ki, Karantin rejiminin yumşalması sadəcə Azərbaycanla yanaşı virusa yoluxma və ölüm hallarının statistikası böyük olan ölkələrdə də tətbiq edilir. Prosesin davamlı olması vətəndaşlardan aslıdır.

Məlahət İbrahimqızı – millət vəkili

Hər dəfə yumşalma gettikcə, hər dəfə qadağalar, vaxt limitləri götürüldükcə vətəndaşların məsuliyyəti daha da artmalıdır. Sosial məsafənin saxlanması, zəruri olmadığı halda izdihamlı yerlərə alış veriş mərkəzlərinə bəzən insanlar elə belə gəzmək üçün gedirlər. Bu gün daha 3-4 ay bundan əvvəlki dövr deyil sadəcə azərbaycan üçün yox dünya üçün elədir.

Qaydalara əməl etsək rayonlara da gediş gəliş mümkün olacaq. Ekspert Elməddin Muradlı bunu həm də maddi aspekstdən izah edir. Çünki qadağalar zamanı taxi xidmətləri həddindən artıq bahalaşmışdı.

Elməddin Muradlı – ekspert

Bu yaranmış vəziyyətlə bağlı qiymətləri o qədər baha qaldırıblar ki, insanlar bəzən məcbur olub hətta adam başına 15-10 manata gettikləri yola bu gün 100-120 manat ödəməli olurlar. Belə bir şəraitdə vətəndaşdan avtobusda maska tax deyə tələb ediriksə təbii ki, kondisioneri olan avtobuslar, yəni müasit tipli avtobuslar burda tələb olunur. əgər kondisioner yoxdursa sıxlıqda heç bir insan üçün əlverişli olmayacaq.

İyun ayında iri ticarət mərkəzlərinin və mallların, idman zallarının fəaliyyətinin bərpası, həmçinin Naxçıvan Muxtar Respublikasına uçuşların bərpası məsələsi də müzakirə olunur.

atv.az

Mənbə: www.atv.az