“AZƏRİQAZ” İB-in baş direktoru onlayn qəbul keçirdi - İstixana sahiblərinin sualları cavablandırıldı

“AZƏRİQAZ” İB-in baş direktoru onlayn qəbul keçirdi - İstixana sahiblərinin sualları cavablandırıldı

Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinləri onlayn formatda qəbul edib. Onlayn qəbulda vətəndaşların əksəriyyəti əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı fikirlər bildiriblər. Baş direktor video bağlantıda istixana sahiblərinin diqqətinə mövsüm başlayarkən borcların gözlənilməsi ilə bağlı güzəşt edildiyini diqqətə çatdırıb. Ruslan Əliyev sahibkarlara yenidən güzəşt olunub-olunmaycağı məsələsinə də aydınlıq gətirib.

Ruslan Əliyev - “AZƏRİQAZ” İB-in baş direktoru

Mövsüm başlayanda qazın açılışı vermək çətin olacaq borclu ola-ola sizə yenə güzəşt borcun üstə borc gəlməs bizi riskə ata bilər biz buna çətin gedə bilək imkanımız olmayacaq biz borcu yığmasaq işçilərin əmək haqqı verə bilmirik payız qış mövsümünə hazırlıq var bu işləri görə bilmirik.

atv.az

Mənbə: www.atv.az