Gənc siyasi ekspertdən sərt AÇIQLAMA: "Ermənilər kimdir ki, Şuşanı paytaxt elan etsin"

Gənc siyasi ekspertdən sərt AÇIQLAMA:     "Ermənilər kimdir ki, Şuşanı paytaxt elan etsin"

Gənc siyasi ekspert Şuşada baş verən hadisələr haqqında açıqlama verib.

Buta.ws-ə özəl açıqlama verən gənc siyasi ekspert Fuad Heydər Şuşada baş verən hadisələrə münasibət bildirib.

"Ermənilər kimdir ki, Şuşanı paytaxt elan etsin. Şuşa Azərbaycanın əzəli torpağıdır. Siyasi münaqişələr zəmnində, pandemiya ərəfəsində onların etdiyi özbaşınalığı hətta qondarma Dağlıq Qarabağ Respublikasının yaradmaqları ilə Dünya Məhkəməsinin qarşısında cavab verəcəklər.Biz dəfələrlə şahid olmuşuq -aprel döyüşlərindədə şahidi olduq. Azərbaycanın güclü və yenilməz ordusu var.Ordumuz dünya ordularının sıralarında ilk onluqdadır.Birdə əsas məsələ burasındadır ki, döyüş qaçınılmazdır. Lakin Ali Baş Komandanımız son siyasi danışıqlarını aparana qədər biz gözləməli və hücum əmrinə hazır olmalıyıq və buna əmin olun ki, Ali baş Komandanımız Cənab İlham Əliyev hücum əmrini verən kimi Azərbaycan cəngavərləri Dağlıq Qarabağı və lazım gələrsə Azərbaycanın əzəli torpağı olan İrəvanı erməni divarlarının əsarətindən xilas edəcəkdir.Qaldı ki, Qondarma saxta yaradılmış dövlətin paytaxtına ermənilərin həmişəki oyunudur. Onlar çox söz işlədə bilər amma əsas olan nəticədir.Hər sözü demək asandır. Amma deyilən sözə əməl etmək çox çətindir.Paşinyan bu döyüşdən məğlub çıxacaq."- deyə gənc siyasi ekspert açıqlama verib.

İlkin Həsənov

Mənbə: buta.ws