Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib

Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib

İstanbul, 23 may, AZƏRTAC

Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib.

AZƏRTAC xəbər verir ki, virusa yoluxan 52 yaşlı Sadəgül Xudiyeva xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Ailəsindən verilən məlumata görə, əvvəlcə evdə müalicə alan həmvətənimiz sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. O xəstəxanada vəfat edib.

Ölkəmizin Türkiyədəki səfirliyi faktı təsdiqləyib və ailəyə yardım göstəriləcəyi bildirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

AZERTAG.AZ :Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib

Mənbə: azertag.az