Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO

Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partiya əyalət və bələdiyyə sədrləri ilə keçirdiyi video-konfransda AK Partiya Çorum Qadın Qolları sədri Məryəm Dəmir, Ərdoğana "Allah uşaqlarımın ömrünü alsın sizə versin" deyib.

Moderator.az xəbər verir ki, AK Partiyalı qadın konfrans zamanı dövlət başçısına "Əsəbləşməyin, bir söz söyləmək istəyirəm. İnsan öz ömründən keçə bilər. Amma bəzən deyirəm ki, Allah uşaqlarımın ömründən alsın sizə versin. Çünki bu ölkə üçün çox önəmlisiniz" deyib.

Ərdoğan isə qadının sözlərinə "Əstafurullah, Allah onları ən gözəl şəkildə yetişdirməyi nəsib etsin" şəklində cavab verib.

Kamran

Mənbə: moderator.az