Türk mediası THY-nin iyun ayı üçün uçuş istiqamətlərini yayımladı, siyahıda AZƏRBAYCAN da var

Türk mediası THY-nin iyun ayı üçün uçuş istiqamətlərini yayımladı, siyahıda AZƏRBAYCAN da var

Türk Hava Yolları birinci mərhələdə 70 ölkəni əhatə edən uçuş planı hazırlayıb.

Turizmplus.az "TurizmGüncel"ə istinadən xəbər verir ki, uçuşları başladacaq ilk ölkə Şimali Kipr Türk Respublikası olacaq. Planda daha sonra xarici ölkələr - iyunun 10-da Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstan uçuşlarına başlanacaq. 15 iyun isə Azərbaycan, Almaniya, Avstriya, Çexiya, İsveçrə, Yaponiya, Şimali Makedoniya, Litva, Macarıstan, Polşa, Rumıniya və Serbiyaya uçuşlar başlayacaq.

QEYD: Həm gecə, həm bayram, həm də qeyri-iş günü olduğu üçün Türk Hava Yollarının Bakı nümayəndəliyi ilə əlaqə yaratmaq mümkün olmadı. Bazar ertəsi rəsmi münasibət öyrəniləcək.

Siyahını oxucularımıza təqdim edirik:

 

 

Mənbə: turizmplus.az