Vüqar Səfərlinin tikdirdiyi Jurnalistlər binası sıradan çıxır — Eyvanlar uçmağa başladı (FOTO)

Bakıda əsən güclü külək Jurnalistlər binasında fəsadlar yaradıb.
Demokrat.az-ın xəbərinə görə, binanın eyvanından uçan dəmir məhəccər ərazidəki avtomobilin üzərinə düşüb. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib.
Jurnalist binasının sakinləri məhəccərlərin insan həyatı üçün real təhlükə yarada biləcəyini dəfələrlə vurğulayıb.
KİVDF-nin İcraçı direktoru olmuş Vüqar Səfərlinin zamanında inşa edilən və tikintisinə 10 milyonlarla manat vəsait sərf olunan binanın hansı təhlükələr törədə biləcəyi get-gedə daha aydın görünməkdədir. Məlumata görə, həmin binaya 31.5 milyon manat pul xərclənib. Lakin media nümayəndələri üçün tikilən bu binaların təhlükəsizliyi təhlükə saçır.

Buradan belə məlum olur ki, Vüqar Səfərlini bu binada yaşanlar və onların təhlükəsizliyi heç zaman maraqlandırmayıb. Bu cür rəhbər və məsul vəzifə daşımış şəxsləri yalnız şəxsi mənafeləri düşündürüb.

 

Zaur Hacılı

Demokrat.az

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib

SONRAKI XƏBƏR

"Prezidentin sosial-iqtisadi siyasəti nəticəsində qlobal böhranlardan az itki ilə çıxırıq"- Deputat