Son sutka ərzində Türkiyədə daha 1186 nəfər koronavirusa yoluxub, 32 nəfər isə ölüb.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.
Bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb. Yoluxanların ümumi sayı isə 155 686 nəfər təşkil edir.
Mənbə: www.oxu.az