Ramazan ayından sonrakı dönəm - 3 həftə qidalanmaya xüsusi diqqət edilməlidir

Ramazan ayından sonrakı dönəm - 3 həftə qidalanmaya xüsusi diqqət edilməlidir

Ayların sultanı Ramazanı yola saldıq. Bəs görəsən, oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmimi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün diqqət edilməli bəzi məqamlar var.

Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər. Mədə-bağırsaq xəstəlikləri üzrə ixtisaslaşmış həkim Elnur Pirəliyev deyir ki, oruc tutanlar ramazan ayı bitməsinə baxmayaraq qidalanmalarına diqqət etməli, yüksək kalorili yeməklərə yüklənməməlidirlər.

Bundan sonrakı süreçte de az-az amma sıx porsiyonlarla yemək məsləhət görülür. Orucluq günlərindən sonra bizə müraciət edən xəstələr ən çox öd kisəsi sancılarının artması mədəaltı vəzi xəstəliklərinin artması şəklində baş vururlar. Bu da ondan irəli gəlir ki, ona görə yox ki onlar 1 ay ac qaldı. Bu süreçten sonrakı dönemde insanlar yemə içmə alışkanlıqlarını yanlış bir şəkildə yönləndirirlər.

Mütəxəsislər xüsusi olaraq vurğulayır ki, heyvan mənşəlli yağlar həzmi çətinləşdirdiyi üçün bitki yağlarına üstünlük vermək daha yaxşı olardı. Həm də qida rasyonumuzda karbohidratdan az, proteindən çox istifadə etməyimiz tövsiyyə olunur.

Alışma sürecimiz təxmini 3 həftədir. Burda təbii şəkər xəstələri, təzyiq xəstəsi olanlar, daha öncəsindən kolit və ya bağırsağında başqa hərhansı funksioanl problemi olan xəstələr bu süreci bir az uzun yaşaya bilər. Yəni məqsədimiz burda yüksək kalorini bir gün içərisində bölməmək. zaman zaman yeməyimizdən doymadan qalxsaq həm həzm sistemimizi yükləməmiş oluruq həm də orucluq dönəmində bu sürecimizi daha rahat atlatmış oluruq.

Sağlam yaşamağın əsas qaydalarından biri olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki, fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda-şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq- bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar.

atv.az

Mənbə: www.atv.az