Koronavirusla mübarizədə yeni çağırışlar - Sınaqdan çıxmış Azərbaycan modeli

Koronavirusla mübarizədə yeni çağırışlar - Sınaqdan çıxmış Azərbaycan modeli

Mayın 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda həmçinin ölkəmizin koronavirusla mübarizə təcrübəsində də söhbət açılıb. Ölkəmizin pandemiya ilə mübarizədə mövqeyi və təşəbbüsləri bir daha xüsusi qiymətləndirilib.

Bu gün Koronavirus infeksiyasına yoluxanların sağalması üçün ən müasir tibbi avadanlıqlar, müalicə üçün yeni dərman preparatları ölkəyə gətirilir. Əgər fevral ayının əvvəllinə qədər ölkəmizdə 2 test laboratoriyası mövcud idisə, qısa müddət ərzində bu say 20-yə çatdırıldı. Millət vəkili Cavid Osmanov deyir ki, sözügedənlər prezident İlham Əliyevin ardıcıl və sisitemli tədbirlərin nəticəsidir.

Cavid Osmanov - millət vəkili

Yeni 10 modultipli xəstəxananın quraşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən imzlanan sərəncam qısa müddət ərzində onun birinin bakıda açılışın həyata keçirilməsi, qısa müddət rəzrində yeni istehsal müəsisələrinin yaradılması, ölkəmizdə müayinənin daha çox vətəndaş tərəfindən həyata keçirilməsi tibbi testlərin ölkəmizə gətirilməsi azərbaycan prezidentinin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir.

İnsanlarımızın minimal zərər və maksimal qalibiyyətlə COVİD-19-la mübarizə çərçivəsində dövlətin həyata keçirmiş olduğu ciddi layihələr və bu layihələrin dünya səhiyyə təşkilatı tərəfindən yüksək qiymətlədnirlıməsi, dəflərlərlə Azərbaycan prezidentinə təşəkkür edilməsi onu göstərir ki, bu gün Azərbaycan modeli qlobal pandemiyaya qarşı mübarizədə xüsusi yer tutur.

Ramil Həsən - millət vəkili

Bununla bağlı ən yüksək səviyyədə müzakirələrin aparılması dövlət başçısının həm ölkəmizin bu gün ki, dövrü üçün həm də bundan sonrakı uzunmüddətli inkişaf trayiktoriyaı üçün konkret planlara sahib olduğu və ölkəmizin hər bir vətəndAşının keşiyində durduğu, konkret addımlar atdığı ortaya çıxmışdır. Beynəlxalq təşkilatlar xüsusilə dünya səhiyyə təşkjilatı tərəfindən yüksək qiymətləndirilən koronavirusa qarşı mübarizə çərçivəsindəki layihələr ölkəmizin hər bir vətəndaşının fəxrlə və qürurla qəbul etdi proseslərdir.

Millət vəkili deyir ki, dövlət başçısı keçirdiyi videokonfranslar vasitəsilə Ölkəmiz üçün müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələri Azərbaycana gətirməyə və vətəndaşlarımızı daha az zərələr bu virusdan qorumağa çalışdığını bildirdi.

atv.az

Mənbə: www.atv.az