Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ

Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ

Dağıstandan olan bir ailə Həcc ziyarətindən ötrü topladığı 400 min rublu(təxm. 5584 ABŞ dolları) koronavirus xəstələrinin müalicəsi üçün dərman almağa xərcləyib.

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə respublikanın Kazbekovski rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, bir cütlük tanıdıqları bir ailənin dörd üzvünün “COVID-19”-un səbəb olduğu sətəlcəmlə xəstələnməsindən sonra Həcc ziyarətindən ötrü toplanmış vəsaiti xəstələr üçün dərman almağa ayırmaq qərarına gəlib.

Qlobal bir pandemiyanın ilk xəbərləri ortaya çıxdıqda həmin ailə başçısı bu məlumatları şübhə altına alıb. Ancaq özü də ciddi bir formada koronavirusla xəstələndikdən sonra belə bir xeyriyyəçi addım atmaq qərarına gəlib. Ayrıca ünsiyyətdə olduğu dostlarına da özünütəcrid rejiminə tabe olmaq xahişi ilə müraciət edib.

Sultan Laçın

Mənbə: moderator.az