“Diriliş Ərtoğul”a heyran olan ölkədə maraqlı istək: “Şeyxlə məsləhətləşdim...”

“Diriliş Ərtoğul”a heyran olan ölkədə maraqlı istək: “Şeyxlə məsləhətləşdim...”

Türkiyənin çox izlənilən seriallarında olan "Diriliş Ərtoğrul" digər ölkələrdə də böyük maraq doğurur.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, Pakistan əhalisi filmin xarakterlərini yaxından izləməklə yanaşı, bu serial vasitəsilə həm də türk və islam mədəniyyəti, tarixi ilə tanış olduqlarını bildirir.

Məsələn, yerli sakinlərdən biri “Anadolu” agentliyinin müxbiri ilə söhbətində "Ərtoğrul Qazinin adını övladıma qoymaq istədim. Şeyximlə bu məsələylə bağlı danışdım, o da Ərtoğrul Hüsaməddin adını verməyimi istədi. Beləliklə də adı "islamın qılıncı Ərtoğrul" oldu",- deyib.

Bildirib ki, oğlunun da tarixdəki Ərtoğrul Qazi kimi olmasını istəyir:

"Allah Ərtoğrul Qazinin soyundan gələnləri çox böyük bir dövlətin idarəçisi etdi. Adlar xarakterləri anladır. Ərtoğrul Qazi də tarixdə islam və ədalət yolunda yürüdü. İnşallah, mənim də oğlum elə olar".

Başqa bir izləyici-Seyid Məhəmməd Cəfri də türk tarixində filmlərə mövzu olacaq çox şeyin olduğunu deyib. "Mədəniyyətimizi, dinimizi, keçmişdə yaşayan önəmli şəxsiyyətlərimizi "Diriliş Ərtoğrul" ilə yenidən öyrəndik. Türkiyədə barəsində serial çəkiləcək çox şəxsə olan bütöv bir tarix var. Ərtoğrul Qazi də bunlardan biridir",- deyə bildirib.

Qeyd edib ki, Ətroğrul və dostları müsəlman liderin necə olduğunu göstərib:

"Bu seriail islam dəyərləri, islam həyatı, dinimizin insana verdiyi dəyəri daha yaxşı göstərir. Belə serailların davamlı çəkilməsini istəyirəm. Fateh Sultan Mehmeddən bəhs edən serial çəkilməsini də istərdim".

Başqa bir izləyici isə məhz bu serial vasitəsilə türk mədəniyyətini daha yaxından tanıdıqlarını bildirib. Qeyd edib ki, bugünkü islamafobiyanın olduğu dünyada müsəlmanların necə insan olduqlarını bu vasitə ilə hər kəsə göstərmək mümkündür.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info