Dünyanın ən uzun non-stop uçuşu rekordu yenilənib

Dünyanın ən uzun non-stop uçuşu rekordu yenilənib

Fransanın aşağı büdcəli aviaşirkəti French Bee rekordu ələ keçirib. Fransız Polineziyasının paytaxtı Papite şəhərindən Parisin Orli hava limanına edilən səfərin uzunluğu 16129 km olub. Uçuş 16 saat 49 dəqiqə davam edib və maraqlıdır ki, hər ikisi fransız torpağı olduğundan, bu, ölkədaxili uçuş kimi qeyd edilib.

Rekord uçuş Airbus A350-900 ilə icra edilib. Maksimum mənzili 15000 km olsa da, tam dolu olmaması bu məsafəni qət etməsinə imkan yaradıb. Qeyd edək ki, bundan əvvəlki rekord pandemiyanın ilk günlərinə təsadüf edirdi. Elə Fransız Polineziyasına aid Air Tahiti Nui Hava Yollarının Boeing 787-9 təyyarəsi oradan Parisin Şarl de Qoll hava limanına 15715 km fasiləsiz uçmuşdu.

Mənbə: www.ens.az