Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakı Sağlamlıq Mərkəzinə göndərilib

Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakı Sağlamlıq Mərkəzinə göndərilib

"İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim. 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilikn yardım göstərilərək evə buraxılb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk", - A.Mirzəzadə əlavə edib.

Mənbə: report.az