“Signify”nin Azərbaycana marağı ölkəmizin nüfuzundan qaynaqlanır”

“Signify”nin Azərbaycana marağı ölkəmizin nüfuzundan qaynaqlanır”

“Məhz bu cür görüşlərin sayəsində yaxın gələcəkdə Azərbaycan daha müasir, daha da inkişaf etmiş dövlətə çevriləcək”

"İlk öncə qeyd etmək lazımdır ki, “Signify” hələ 19-cu əsrdə, 1891-ci ildə yaranıb. Dünyanın məşhur şirkətlərindən biridir".

Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi ekspert Anar İmanov deyib. Siyasi şərhçi vurğulayıb ki, hazırda nəhəng və məşhur şirkət 74 ölkədə fəaliyyət göstərir: "140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. Hesab edirəm ki, bu cür nəhəng, aparıcı və böyük şirkətlərin Azərbaycana maraq göstərməsi ilk növbədə ölkəmizin nüfuzundan qaynaqlanır. Həm də əlverişli biznes və sərmaye mühiti ilə bağlıdır və aparılan islahatların məntiqi nəticəsidir".

Analitik bildirib ki, videokonfrans zamanı şirkət rəhbərlərinin Azərbaycana və cənab Prezidentin həyata keçirdiyi siyasətə yüksək qiymət verdilər:

"Görüş zamanı "Signify" şirkətinin baş icraçı direktoru COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını dedi. Bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğuladı. Erik Rondolat qeyd etdi ki, “Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz”.

Bu görüş bir daha göstərdi ki, Azərbaycanda insanları qorumaq üçün, onların həyatlarını daha rahat etmək üçün dövlət tərəfindən bütün tədbirlər yüksək səviyyədə görülür".

A.İmanov bildirib ki, videokonfrans bir daha göstərdi ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır:

"Azərbaycanda yeni texnologiyalar və innovasiyalar üçün əhəmiyyətli insan kapitalı yaradılıb. Ölkə başçısının bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə videokonfransı zamanı da eyni məsələlər müzakirə olunub. Məhz bu cür görüşlərin sayəsində yaxın gələcəkdə Azərbaycan daha müasir, daha da inkişaf etmiş dövlətə çevriləcək. Bu görüşlərin nəticəsində ölkə vətəndaşların həyatları daha rahat olacaq, rifahları daha da yüksələcək".

Mənbə: sherg.az