40 manata və cəmi 1 saata: Virusa yoluxub yoluxmadığını bilmək mümkündür

40 manata və cəmi 1 saata: Virusa yoluxub yoluxmadığını bilmək mümkündür

İyunun ortalarından etibarən bazara koronavirusu müəyyən etmək üçün ekspress-testlər çıxarılacaq. İlk olaraq testlərin satışı Fransada başlayacaq.

Cebhe.info xəbər verir ki, "EasyCov" adlı test vasitəsilə istənilən şəxs virusa yoluxub-yoluxmadığını öyrənə biləcək.

SKILLCELL şirkəti testləri Fransa Müdafiə Nazirliyinin dəstəyi ilə hazırlayıb. 15 iyunda bazara çıxarılacaq testin qiyməti 20 avro (təqribən 40 AZN) olacaq.

Virusa yoluxub yoluxmadığını bilmək üçün dildən yaxma götürüləcək. Yaxma 2 ampula qoyulacaq. Ampullar 65 dərəcə qızdırıldıqda rənginin dəyişməsindən şəxsin virusa yoluxub yoluxmadığı müəyyən ediləəck. Proses bir saata yekunlaşacaq və nəticəyə zəmanət verilir.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info