Hava nə vaxt isinəcək? - AÇIQLAMA

Hava nə vaxt isinəcək? - AÇIQLAMA

“Mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”.

Bunu paralel.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.

İlhamə Əbülfət

Mənbə: paralel.az