Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib

Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda məscidi ziyarət edib, Qafqaz Müsəlmanları İdarəsinin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayonu Dini İcmasının sədri Nəriman İbayev ilə görüşüb və Ramazan bayramı münasibətilə təbrik edib.
Faktor.az xəbər verir ki, gənclərimizin dinimizi doğru şəkildə öyrənməsi, din pərdəsi arxasında öz niyyətlərini həyata keçirmək istəyən xarici güclərin təsir dairəsinə düşməməsinin, dini maarifləndirmənin gənclərimiz arasında vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rayon məscidinə bir çox kitablar, materiallar hədiyyə edib və bəzi aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə sovqat təqdim edilib.

Mənbə: faktor.az