ÜST-ün Çinin birinci xanımı ilə xüsusi əlaqələri olduğu ortaya çıxdı - Şok

COVİD-19-la bağlı rəsmi Pekinlə birlikdə hərəkət etdiyi iddia olunan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı daha bir detal ortaya çıxıb.

Teleqraf.com-un məlumatına görə, məlum olub ki, Çin lideri Si Cinpinin xanımı Penq Liyuan 2011-ci ildən ÜST-ün xoş niyyətli səfiridir.

ÜST-ün rəsmi internet səhifəsində xoş niyyətli səfir Penq Liyuan “Dünyanın ən gözəl səsi və şəfqətli qəlibi” kimi təqdim edilib. Ancaq xanım Liyuanın Çin liderinin xanımı olması haqda informasiya verilməyib.

Məlum olub ki, xanım Liyuan yeganə xoş niyyətli çinli deyil. Çin Mərkəzi Televiziyasının nümayəndəsi Cames Chauda da ÜST-ün səfiridir.

Qeyd edək ki, xanım Lliyuan Çin Xalq artisti olmaqla yanaşı, ölkə liderinin xanımıdır.

Əlavə edək ki, hazırda ABŞ Prezidenti Tramp ÜST-ü Çinlə birlikdə hərəkət etməkdə ittiham edir, virusun yayılmasına dair fəaliyyətinin qənaətbəxş olmadığını bildirir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Monteneqro koronavirusa qalib gəldi

SONRAKI XƏBƏR

Azərbaycanda ən çox və ən az sərmayə qoyuan – RAYON/ŞƏHƏRLƏR - SİYAHI, MƏBLƏĞLƏR