2008-ci il böhranını deyən”Doktor Qiyamət” yenə ortaya çıxdı: Dünya üçün 2 ən pis ssenari - PROQNOZ

2008-ci il böhranını deyən”Doktor Qiyamət” yenə ortaya çıxdı: Dünya üçün 2 ən pis ssenari - PROQNOZ

2008-ci ildə dünyadakı iqtisadi böhranı əvvəlcədən proqnozlaşdıran iqtisadçı Nouriel Roubini bu dəfə yeni proqnozla gündəmə glib.

Onun fikrincə, dünya böyük bir iqtisadi böhranla üz-üzədir və onun aradan qaldırılmasına illər tələb olunacaq.

Cebhe.info xəbər verir ki, "Doktor Qiyamət" ləqəbi ilə tanınan iqtisadçının sözlərinə görə, bu böhranın oxşarı indiyə qədər olmayıb:

"Qlobal iqtisadiyyat toparlansa da, böyümək olduqca kiçik səviyyədə qalacaq. 2008-ci ildə istehsalın sürətlə azalması 3 illik zamanın sonunda oldu. Bu dəfə isə eyni nöqtəyə 3 il yox, 3 ay yox, 3 həftədə çatdıq. Ən azı 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq".

Roubini illərlə zaman tələb olunacaq toparlanmanın "U” və ya daha da pis ssenari olan “L” şəklində olacağını təxmin edib:

""U" şəklində toparlanma iqtisadi fəallığın sürətlə azalmasının ardınca yenidən yüksəlişə keçmədən öncə uzun müddət aşağı səviyyədə qalması anlamına gəlir. "L” şəklində toparlanma isə sıfır böyümə və ya kiçilmə dönəmi daha da uzanır. İndi işlərin xeyli hissəsi daha geri qayıtmayacaq, maaşlar, sosial təminat azalacaq, işlərin bir çoxu “part-time" sistemə keçəcək. İşini saxlaya bilənlərin də işgüvəni daha da azalacaq. Çindəki ticarət mərkəzlərinin bir çoxu hələ də boşdir. Ticari səfərlər yarıbayarı azalıb. Almaniyada mağazalar açıldı, amma kim gedib nəsə alır?"

İqtisadiçı bədbin proqnozlarına görə "Doktor Qiyamət" ləqəbi əvəzinə “Doktor Həqiqət" ləqəbinə üstünlük verdiyini də deyib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info