Mayda qar yağdı

Türkiyədə mayın son həftəsi qar sürprizi ilə başlayıb. Mayın 24-də Ərzurumun Oltu bölgəsinə Ramazan bayramının son günündən başlayaraq yağan qar sakinləri heyrətə gətirib.

Moderator.az-ın məlumatına görə, may qarına tamaşa etmək üçün küçələrə axışan məhəllə adamlarının bəziləri hətta bu qeyri-adi təbiət hadisəsini koronavirus pandemiyasının bir nəticəsi kimi də yozublar. Adamlar ilk qarı telefonlarının yaddaşına köçürərək Türkiyə boyu yüzlərlə foto və video görüntü paylaşıblar.

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İran yəhudiləri İsrailə və ABŞ-a qarşı çıxdı

SONRAKI XƏBƏR

“Türk ordusunun anti-terror əməliyyatı bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”