Dünyanı çətin duruma salan çinlilər bunu da etdi... - FOTOLAR

Dünyanı çətin duruma salan çinlilər bunu da etdi... - FOTOLAR

Bura Paris deyil, Çinin Tienduçanq qəsəbəsidir. Hanqcou şəhərinin ətrafında yerləşən qəsəbə illərdir ki, xarici turistlərin diqqətini cəlb edir. Cıcianq əyalətində inşa edilən Paris şəhərinin nüsxəsi yerli turistləri Fransanın ən cəzbedici məkanına getməyə ehtiyac olmadığına inandıra bilib

Tienduçanqa gedən turistlər heyrətə gəlir. Çünki qəsəbə Parisin demək olar ki, eynisidir. Ümumilikdə Çində təkcə Paris yox, bir çox Avropa memarlıq nümunələrinə rast gəlmək olar. Bu tendensiya "duplikat" adlanır. Lakin sənət əsərləri eyni görünsə də, mənsub olduqları mühit və tarix çox fərqlidir.

Tienduçanq qəsəbəsi ingilis musiqiçisi Jamie xx-in burada çəkdirdiyi klipdən sonra dünya gündəmində yer almağa başlayıb. Tikintisi 2007-ci ildə başlayan layihə uğur qazanmayıb. 10 min nəfər əhaliyə xidmət göstərilməsi planlaşdırılan qəsəbədə hazırda təzminən 2 minə yaxın insan yaşayır. Uğursuzluğun əsas səbəbinin qəsəbənin inşa olunduğu məkan olduğu deyilir. Ətrafı tarlalar və əlçatanlılığı çətin olan qəribə yollarla əhatələnib. Bu səbəbdən də cəzbedicilik qazana bilməyib. Digər tərəfdən isə daşınmaz əmlak qiymətlərinin yüksək olması və iqtisadi artımın dəyişməsinin ziyarətçilərin az olmasına səbəb olduğu söylənilir. Amma memarlıq baxımından Tienduçanqı olduqca uğurlu layihə hesab etmək olar. Buradakı 100 metrlik "Eyfel qülləsi"ni orjinalından ayırmaq olduqca çətindir.

Bu gün Çində bir çox xarici abidələrin nüsxəsinə rast gəlmək mümkündür. Lakin hökumət artıq yerli memarlıq nümunələrini tanıtmaq və təbliğ etmək üçün “dublikat” inşaatın həyata keçirilməsinə təzyiq göstərməyə başlayıb.

“Global Times” qəzetinin yazdığına görə, xarici binaların saxta versiyaları əsasən üçüncü və dördüncü dərəcəli Çin şəhərlərində mövcuddur.

Çin hökuməti mövcud "xarici binalar"ın taleyinin nə olacağını deməsə də, problemlərin yoxlanılması üçün "şəhər müfəttişliklərinin" yaradılacağını söyləyib. Rəsmi açıqlamada "plagiat tikililərin" qadağan edilməsinin vacib olduğu ictimai obyektlər sırasında stadionlar, sərgi mərkəzləri, muzeylər və teatrlar yer alıb.

"Memarlıqda yeni dövr" çağırışı ölkənin mədəni etimadını gücləndirməyə, şəhərin xüsusiyyətlərini göstərməyə, müasir ruhu nümayiş etdirməyə və Çinin ənənəvi xüsusiyyətlərini göstərməyə əsaslanır.

Xarici arxitekturaya dair təlimatlar Çinin sosial mediasında müsbət qarşılanıb. İstifadəçilər "Qadağa möhtəşəmdir", "Tarixi memarlıq nümunələrimizi qorumaq, saxta "dublikatları" qurmaqdan daha yaxşıdır" və s. bu kimi fikirlər söyləyiblər.

Sevda Ulutau / Redaktor.az

Mənbə: redaktor.az