Rusiyada kütləvi peyvəndləməyə hazırlıq gedir: ZAMAN VERİLDİ

Rusiyada kütləvi peyvəndləməyə hazırlıq gedir: ZAMAN VERİLDİ

Rusiyada kütləvi şəkildə koronavirusa qarşı hazırladıqları peyvəndi öz üzərlərində sınaqdan keçirən Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzinin əməkdaşlarında artıq antitel yaranıb.

Cebhe.info xəbər verir ki, bu barədə mərkəzin direktoru, akademik Aleksandr Hinsburq deyib. Onun sözlərinə görə, əməkdaşlarda peyvənddən sonra hər hansı narahatlıq qeydə alınmayıb. Mütəxəssis bildirib ki, Rusiyada artıq payızda kütləvi peyvəndləmə prosesi başlaya bilər.

Bununla yanaşı, o qeyd edib ki, bütün vətəndaşların eyni zamanda peyvənd olunması mümkün deyil: "Ən yaxşı variantda bu, yarım il aparacaq. Yaxud da 7-9 ay. Peyvəndləmə prosesi və onun əhatə dairəsini nəzərə alsaq, belə zaman söyləyə bilərik".

Xatırladaq ki, hazırda Rusiyada koronavirusa yoluxmaya dair 353 mindən artıq fakt qeydə alınıb. 3633 nəfər vəfat edib.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info