Sevgilisini öldürən boksçudan ilginc mesaj: "Gözünüz aydın"

Türkiyəli boksçu Səlim Əhməd Kamaloğlunun birlikdə yaşadığı sevgilisini öldürdükdən sonra yazdığı "tvit" ortaya çıxıb.

Sözügedən boksçu törətdiyi cinayətdən sonra "Tvitter" hesabında "İki cana qıydınız, gözünüz aydın" şəklində mesaj paylaşıb. Digər tərəfdən öldürülən Zeynəb Şənpınarın ölmədən əvvəl bir rəfiqəsi ilə apardığı yazışma ortaya çıxıb.

Moderator.az xəbər verir ki, Muğlada yaşayan və ötən gün 25 yaşlı sevgilisini sinəsindən bıçaqlayaraq öldürən milli boksçunun yazdığı tvitdə kimi ya da kimləri nəzərdə tutduğu hələ də məlum deyil.

Qeyd edək ki, 26 yaşlı boksçunun sevgilisini ayrıldıqlarını qəbul etmək istəmədiyi üçün öldürdüyü hesab edilir.

Kamran

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Yaponlar düymələrə basmaq üçün çöp ixtira etdilər (QİYMƏTİ)

SONRAKI XƏBƏR

Azər Həsrət: Sputnik ölkəmizin səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır