Məktəblilər arasında onlayn bilik yarışması yekunlaşıb

Məktəblilər arasında onlayn bilik yarışması yekunlaşıb

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi "Xəzər" İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında onlayn bilik yarışması keçirilib SİAnın məlumatına görə, mübarizəyə məktəblilərdən ibarət 33 komanda qatılıb. Tərkibi 8 - 10 nəfərdən ibarət kollektivlər hər turda 12 sual cavablandırıblar. İki turluq yarışma zamanı hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib. Onlara ümumi tarix, Azərbaycan və dünya bilgisi, məntiq, ədəbiyyat, planetdə baş verən ictimai-siyasi mövzularla əlaqədar suallar ünvanlanıb. Məqsəd təkcə asudə vaxtı deyil, həm də ümumi biliyi artırmaq, COVID-19 pandemiyasının yaratdığı karantin dövründə evdə qalmalarına baxmayaraq, paytaxt komandalarının intellektual səviyyələrini yüksəltməkdən ibarət olub. Cavabları münsiflər heyəti qiymətləndirib. Nəticədə 21 düzgün cavab verən "Latimeriya" birinci yeri tutub. "Ramos-Maricon" 20 düzgün cavabla ikinci, "GRYFFİNDOR" isə 20 düzgün cavabla üçüncü olub. Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.

Mənbə: sia.az