Koronavirus xəstələrinə kimlər plazma donoru ola bilər

Koronavirus xəstələrinə kimlər plazma donoru ola bilər

Azərbaycanda da ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlar donor olmalı, qan plazması verməlidirlər. Artıq donor olmaqla bağlı xəstəlikdən sağalanlara müraciətlər də olunub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus xəstələri üçün kimlərin plazma donoru ola biləcəyi barədə məlumat açıqlayıb. Kimlər donor ola bilər?

COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər.

Klinik olaraq tam sağalmadan ən azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər.

18-60 yaş arası COVID-19 xəstəliyini keçirib sağalmış könüllülər.

Kişi və hamilə olmayan qadınlar (düşüyü və abort olmamış), həyatının heç bir dövründə qan transfuziyası edilməmiş insanlar.

"COVID-19 İmmun Plazma" bağışlamaqla, dəyişiklik yarada bilərsiniz!

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com