Qaz qiymətləri mənfiyə düşəcək

Qaz qiymətləri mənfiyə düşəcək

Avropada qısa müddətə tədarük üçün nəzərdə tutulan təbii qaz qiymətləri mənfiyə düşə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.

“Əgər anbarların dolmasıyla bağlı bazarda təkliflər yüksək olaraq qalsa, biz hansısa anda mənfi qiymətlər görəcəyik”, – deyə agentliyə danışan treyderlərdən biri söyləyib.

Qeyd edək ki, apreldə VTI markalı neftin dəyəri mənfiyə düşmüşdü. Buna səbəb isə ABŞ-ın neft anbarlarının həddən artıq dolması olmuşdu.

Mənbə: axar.az