Teledərslər və “Vitual məktəb” yayda da davam edəcək? - GÖZLƏNTİ

Koronavirus pandemiyası səbəbilə martın 3-dən etibarən ölkəmizdə bütün tədris müəssisələrinin fəaliyyəti dayandırılıb.

Artıq məlumdur ki, tədris ilinin sonuna qədər heç bir təhsil olacağı açəlmayacaq. Bununla bağlı Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda məlumat verib:

"Məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq”.

Məktəblilər isə təhsillərini Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı", eləcə də “Virtual məktəb” layihəsi ilə davam etdirirlər.

Maraqlıdır ki, teledərslər, videodərslər tədris ilinin sonuna - yəni 15 iyuna qədər davam edəcək, yoxsa yay tətili müddətində də yayımlanacaq?

Məsələ ilə bağlı hələlik Təhsil Nazirliyindən cavab almaq mümkün olmasa da, təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, teledərslərin yay aylarında davam etməsi, ən azından təkrarların verilməsi gözləniləndir:

 

"Mart ayının 3-dən - tədris prosesi dayanandan sonra alternativ təhsilalma zərurət kimi ortaya çıxdı. Bunu da aradan qaldırmaq üçün Təhsil Nazirliyi tele-dərs, virtual məktəb layihəsi həyata keçirdi. Amma etiraf edək ki, ənənəvi dərslərlə müqayisədə bu dərslərin effektivliyi azdır. Amma bütün hallarda uşaqlar bu layihələrdən nələrsə əldə etməyə çalışırlar. Nəzərdə tutulmuş proqrama görə, iyun ayının 14-də proqnozlaşdırılmış mövzular qurtaracaq. Lakin bütün mövzuların tam şəkildə mənimsənilmədiyini demək lazımdır. Düşünürəm ki, buna görə yay aylarında da müəyyən proqramlar həyata keçirilə bilər. Bütün yay boyu teledərs layihəsi çətin mövzuların izahı və ya təkrarı formasında veriləcək. Ən azından çəkilən dərslərin təkrar verilməsi effektiv olacaq. Çünki şagirdlər o dərsləri tam mənimsəməyib, bir çoxunun interneti olmadığı üçün virtual təhsildən və ya Təhsil Nazirliyinin "Youtube" kanalından həmin mövzuları öyrənə bilməyiblər. Ona görə düşünürəm ki, bu proses yay ayında da davam etməlidir və edəcək. Çünki Bakı şəhərində yaşayan şagirdlər hər hansı xarici ölkəyə və ya bölgələrə istirahətə gedə bilməyəcək. Onlar evdə qalacaq. Bütün bunları nəzərə alsaq, onların yay aylarında teledərsdən istifadəsi gözləniləndir".

Naibə
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

İraqda İŞİD məlumat bazası ələ keçirildi

SONRAKI XƏBƏR

Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxub