Jurnalistlər efirdə televiziyanın fəaliyyətini tənqid etdilər və işdən çıxdılar - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın “Oriat Dono” radiosunun “Futbol +” verilişinin efirində Milli Teleradio şirkətinin iki əməkdaşı telekanalın fəaliyyətini tənqid ediblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bundan sonra jurnalsitlər öz vəzifələrindən istefa veriblər.

Radio proqramından bir parça sosial şəbəkələrdə yayılıb. Videonun tam hissəsi isə radionun Youtube səhifəsindən çıxarılıb. Veriliş hər bazar ertəsi günü Oriat Dono radiosunda yayımlanırdı.

“Özbəkistan 24” telekanalı hər şeyi tamamilə başqa bir şəkildə göstərir. Kağızda hər şey yaxşıdır, amma əslində belə deyil. “Özbəkistan 24” telekanalının problemlərinə baxsanız, adama elə gəlir ki, onlar daşqına görə məmnun olurlar”. Yayım zamanı Camoliddin Babadjanov belə deyib.

Jurnalistin həmkarları onun fikrini dəstəkləyiblər. Verilişin ikinci aparıcısı Bobur Akmalov qeyd edib ki, haradasa evləri su altında qalan sakinlər prezidentlə görüşə buraxılmayıb.

“Televiziyalarda evləri başqa bir yerdə olan sakinləri göstəriblər, hansı ki, daşqın o yerlərdə olmayıb. Televiziyada sevincli olduqlarını gördük, prezidenti alqışlarla qarşıladılar. Bu, Şimali Koreyanı xatırladır. Daşqından zərər çəkmiş vətəndaşlar xoşbəxt ola bilməzlər “, – Akmalov deyib.

Milli Teleradio şirkətinin rəhbəri Əlişir Xadjayev bu barədə “Facebook” da şərh yazıb. Sonralar nəşr silinib, ancaq insanlar bu dialoqu köçürüblər.

Xadjayev hesab edir ki, şirkətin işçiləri – Akmalov və Babadjanovun bu cür açıqlamalar verməsi səhv idi.

“Onlar korporativ etikanı anlamaqdan uzaqdırlar və ümumiyyətlə idmançılar arasında yüksək qiymətləndirilən komanda birliyinin dəyərlərini başa düşmürlər” deyə televiziya sədri hesab edir.

Mayın 25-də yerli mətbuatda xəbər verildiyi kimi, Sport TV kanalının redaktoru Bobur Akmalov və baş rejissoru Jamoliddin Babadjanov vəzifələrini tərk ediblər.

Jurnalistlər öz istəkləri ilə istefa məktubu yazıblar.

Akmalov fəaliyyətini “Oriat Dono” radiosunda davam etdirəcək və Babadjanov yerli elektron mediada işə düzəlməyi planlaşdırır.

 

KONKRET.az

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Kolleclərə qəbul olmaq üçün 45 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

SONRAKI XƏBƏR

Lukaşenko vətəndaşları arxayınlaşmamağa çağırıb