Kolleclərə qəbul olmaq üçün 45 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Kolleclərə qəbul olmaq üçün 45 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Bakı, 25 may, AZƏRTAC

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 15:40-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 44 min 315 abituriyent elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Mənbə: azertag.az