Əllərinizi gündə 10 dəfə yusanız... - Koronavirusla bağlı daha bir açıqlama

Əllərinizi gündə 10 dəfə yusanız... - Koronavirusla bağlı daha bir açıqlama

Böyük Britaniyanın Universitet Kollecinin mütəxəssislərinin araşdırmaları nəticəsində bəlli olub ki, gigiyenik qaydalara riayət, xüsusilə əl yumaq koronavirus infeksiyasına yoluxma riskini azaldır.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu araşdırmanı 1633 nəfərin iştirakı ilə aparıblar.

Onlardan bir qrupu əllərini gün ərzində 5 dəfə, yaxud bundan az, ikinci qrup 6-10 dəfə, üçüncü qrup isə 10 dəfədən artıq yuduğunu bildirib.

Araşdırmalar zamanı bəlli olub ki, əllərin çox yuyulması infeksiyaya yoluxmanı 36 faiz azaldır.

Mənbə: yenisabah.az