Azərbaycanlıların çox sevdiyi çay da TƏHLÜKƏLİ ÇIXDI

Azərbaycanlıların çox sevdiyi çay da TƏHLÜKƏLİ ÇIXDI

Azərbaycanlıların da çox sevdiyi və süfrədən əskik etmədiyi çay da orqanizmə ziyanlı imiş.

Cebhe.info xəbər verir ki, bunu ukraynalı dietoloq Svetlana Fus deyib.

O bildirib ki, gündəlik olaraq səhər, günorta və axşam tünd çay içənlər yuxu pozuntusu, narahatlıqla qarşılaşırlar. Həmçinin onların qanında kofein, adrenalin və kortizol yüksəlir. Gündə bir neçə dəfə çay içmək baş ağrısı, mədədə yanma yaradır, qanda dəmirin miqdarını azalda bilir.

Təzə dəm çaydan fərqli olaraq köhnə dəm daha təhlükəlidir. Onun tərkibində toksik maddə olan quaninin miqdarı artır. Bu maddə ürək-damar sisteminə olduqca mənfi təsir edir. Mədə-bağırsaq sisteminə təsirsiz qalmır, ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir.

Çay içmək üçün ideal temperaturun 60 olduğunu deyən mütəxəssis əks təqdirdə yemək borusunda ciddi problem yaranması mümkünlüyünü vurğulayıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info