İrəvanda korona şoku: xəstəxanalar doldu

İrəvanda korona şoku: xəstəxanalar doldu

Hazırda koronavirus xəstələrinin müalicəsinə imkan verən reanimasıyalardakı ümumi 186 yerdən 154-ü dolub. Bizim cəmi 32 boş yerimiz qalıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Feysbuk hesabında bildirib.

Qeyd edək ki, Ermənistan koronavirusa yoluxmaya görə Qafqaz ölkələri arasında liderliyə yüksəlib. Yalnız bu gün rekord həddə - 452 nəfər koronavirusa yoluxub. daha 6 nəfər ölüb.

Ermənistanda ümumilikdə yoluxanların sayı 7113, ölənlərin sayı isə 81-dir.

Mənbə: axar.az