Çin ən başa döndü: Qələbə üçün tələsmişdi

Koronavirusun ilk olaraq yayıldığı Çin xəstəlik üzərində qələbəsini həftələr öncə açıqlasa da, ölkədə son gündə yeni yoluxmalar qeydə alınıb.

Cebhe.info xəbər verir ki, ölkədə son gün ərzində 51 yeni yoluxma aşkarlanıb. Bunların əksəriyyəti virusun ilk qaynaqlandığı Vuhan şəhərinin payına düşür. Virusa yoluxan 40 nəfərdə isə infeksiyanın simptomları olmayıb. Ümumilikdə şəhərdə 6 gün ərzində 10 milyon insan test verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 346 mindən çoxu isə ölüb.

Naibə
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Klub sahibi koronavirusa qalib gəldi

SONRAKI XƏBƏR

İrəvanda korona şoku: xəstəxanalar doldu