Məşhəddəki ziyarətgah açılır: Divarları yalamaq qadağandır

Məşhəddəki ziyarətgah açılır: Divarları yalamaq qadağandır

İranda koronavirusa görə uzun müddətdir bağlı qalan ziyarətgahlar açılır.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu ziyarətgahlardan biri də Fatimeyi- Məsumənin məzarıdır. Eyni zamanda, şiələr üçün böyük əhəmiyyət daşıyan Məşəd şəhərindəki İmam Rza məqbərəsinin qapıları da açılıb. Amma bəzi məhdudiyyətlər aradan qaldırılmayıb.

Koronavirus ilə Milli Mübarizə Komitəsinin qərarı ilə ziyarətgahların həyət qapıları açılsa da, içəri məkanlar qapalı qalacaq. Qeyd edək ki, bu iki məzar hər il milyonlarla yerli və xarici vətəndaş tərəfindən ziyarət edilir. Koronavirus epidemiyasının başlanğı ilk aylarda Fatimeyi- Məsumənin məzarında divarları yalayan ziyarətçilərin fotoları mətbuatda yer almışdı.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info