AQTA reyd keçirdi - Sanitar normalara cavab verməyən kafe aşkar olundu - FOTO

AQTA reyd keçirdi - Sanitar normalara cavab verməyən kafe aşkar olundu - FOTO

Gəncədə sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional Bölməsinin keçiridiyi yoxlamalarda gigyenik qaydaların kobud şəkildə pozulması faktı aşkar olunub. Şəhərin Şah İsmayıl Xətai Prossektində yerləşən “Söyüdlük” kafesində aparılan dövlət yoxlaması zamanı kafenin anti sanitar şəkildə fəaliyyət göstərdiyi üzə çıxıb. Görüntülərdən də görüdüyü kimi təmzilik qaydalarının ümumiyyətlə əməl edilmədiyi kafedə müştərilərə xidmət göstərilir.
Reyd bir daha təsdiq etdi ki, karantin qaydalarının yumşaldılması ilə kafe və restoranlar öz fəaliyyətlərini necə gəldi qurub. AQTA nin mütəxəssisləri növbəti dəfə xəbərdarlıq edir. Bu cür reydlər mütamadi şəkildə keçiriləcək. Bu baxımdan sanitar normalara əməl edilməsi, gigyenik tələblərin qorunması vacib şərtdir.

BAKU.WS

Mənbə: baku.ws