Karantindən sonra Skandinaviya ölkəsində: hamburger – 20 avro - VİDEO

Karantindən sonra Skandinaviya ölkəsində: hamburger – 20 avro - VİDEO

Danimarka yavaş-yavaş karantin rejimi ilə vidalaşır. Qaydalar xeyli yumşalıb. İndi Kopenhagendəki məşhur “Noma” restoranlar şəbəkəsinin müştəriləri rahatca sevimli məkana üz tuta bilərlər.

Bizimyol.info xəbər verir ki, bu gün Danimarka paytaxtının bəzi restoranlarının qarşısında uzun növbələr yaranıb. “Noma”nın hamburgerini saatlarla gözləyənlər olub. Qiymət də xeyli bahadır. Hamburger yemək istəyənlər 150 Danimarka kronundan, yəni təxminən 20 avrosundan keçməlidir.

“Noma”nın sahiblərindən biri olan Rene Redzepi deyir ki, səhər saat 5-dən növbəyə duranlar var: “Halbuki biz işə günorta saat 1-də başlamışıq”. Hamburger alanlar “Noma”nın şərabının da dadına baxmadan getmir. Açıq havada restoranın yeməklərindən zövq almaq olar.

2003-cü ildən fəaliyyət göstərən “Noma”nın adı dəfələrlə dünyanın ən yaxşı 50 restoranının siyahısına düşüb. Restoran hətta siyahıya başçılıq etməyə də imkan tapıb.

Mənbə: www.bizimyol.info