Yoluxma yox, ölüm yox:İnsanlar küçələrdə belə gəzir- FOTOLAR

Yoluxma yox, ölüm yox:İnsanlar küçələrdə belə gəzir- FOTOLAR

Koronavirus pandemiyasına dünya üzrə 5,5 milyon nəfər yoluxub.

Xəstələrdən 350 minə yaxını isə həyatını itirib. Bütün bunlarla yanaşı, yoluxma hadisələrinin azaldığı ölkələrdə yavaş-yavaş karantindən çıxma, normallaşma prosesləri gedir.

Cebhe.info xəbər verir ki, virusun yayıldığı vaxtdan bəri ölüm hallarının baş vermədiyi deyilən Vyetnamda koronavirusa qarşı tədbirlər yumşaldılıb.

Son 39 gündə yalnız 1 yoluxma hadisəsinin qeydə alındığı ölkənin paytaxtında çəkilən şəkillər isə insanlarda hələ də təşviş yaradıb. Belə ki, yumşaldılma mərhələsindən sonra insanlar küçələrə toplaşıblar. Bəzi insanlar maska taxarkən, bəziləri isə qaydalara əməl etməyərək maskasız küçələrdə gəzir. Qeyd edək ki, ölkədə indiyə qədər 325 yoluxma hadisəsi qeydə alınıb.
Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info