Restoran və kafelər açılır:Sahibləri narazılıq edir

Yunanıstanda koronavirusa yoluxanların və ölü sayının azalması ilə tətbiq olunan məhdudiyyətlər mərhələli olaraq yumşaldılır.

Cebhe.info xəbər verir ki, gözəllik salonları, ayaqqabı, mebel fabrikləri, kosmetika və ikinci əl əşya satan mağazaların açılmasından sonra təxminən 2 ay bağlı qalan kafe və restoranlar da bu gündən xidmət verməyə başlayıb.

Xüsusi şərtlərlə fəaliyyətə başlayan bu obyektlərdə işləyənlərə maska taxmaq məcburidir. Sahibləri isə masalar arası məsafə saxlanılmasından şikayət edərək gəlirlərinin azalacağını bildiriblər.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Putin Kazımi ilə danışdı: Razılıq əldə olundu...

SONRAKI XƏBƏR

“Can Azərbaycan və onun geopolitik mövqeyi” mövzusunda videokonfrans təşkil olunacaq