Rusiya burada mülki şəxslərə nəzarət edəcək

Rusiya burada mülki şəxslərə nəzarət edəcək

Rusiyanın hərbi polis qüvvələri Eyn-İsa və Tel Tamer yaşayış məntəqələri arasındakı M4 magistralının 160 kilometrlik hissəsində mülki vətəndaşların avtomobillərini müşayiət edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, nəqliyyatın planlaşdırıldığı ərazilərin monitorinqi pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilir.

Açıqlamada hər iki istiqamətdə yaşayış məntəqələri arasında mülki nəqliyyat vasitələrinin hər gün müşayiət ediləcəyi də qeyd edilib.

Mənbə: axar.az