Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Rusiyada hərbi helikopter qəzaya uğradı -  Ölənlər var

Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 helikopteri Çukotkadakı "Kömür mədəni" hava limanına sərt eniş edib. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, helikopter 15 metr yüksəklikdən yerə düşüb və sərt eniş nəticəsində dörd nəfər ölüb.
Qəzadan sonra yanğın baş verib, alovu söndürmək mümkün olub.
İlkin versiyaya görə, helikopterin qəza səbəbi texniki nasazlıq ola bilər. “M-8”in "qara qutusu" tapılıb. Onun zədələnmədiyi bildirilir.

Şahanə Rəhimli
Azvision.az
 

Mənbə: azvision.az