Dünyanın gözü Uhanda: 6,5 milyon nəfər testdən keçirildi

Dünyanın gözü Uhanda: 6,5 milyon nəfər testdən keçirildi

Koronavirus bəlasının ortaya çıxdığı Çinin Uhan şəhərində 10 gündə 6 milyon 574 min nəfər testdən keçirilib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, 14-23 may tarixlərində 11 milyon əhalisi olan Uhanda insanlar koronavirusu aşkar edən “CRP” testindən keçirilib. Bu testlər 6 yaşından kiçik uşaqlara tətbiq edilməyib.

Məlumatda bildirilir ki, həmin testlər xəstəliyi daşıdığı halda heç bir simptomları olmayan şəxsləri də aşkar edə, virusun yayılmasının qarşısını ala bilir.

Xatırladaq ki, son zamanlarda Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandığı üçün hökumət virusun yeni dalğasının başlaya biləcəyindən ehtiyatlanır. Bunun üçün Uhanda əhalinin hamısının testdən keçirilməsi ilə bağlı qərar qəbul edilmişdi. Bütün dünya səbirsizliklə bu prosesin hansı nəticələr ilə başa çatacağını gözləyirdi.

 

Mənbə: cia.az