Aleksandr Myasnikov antibakterial sabunun təhlükələri haqqında danışdı

Aleksandr Myasnikov antibakterial sabunun təhlükələri haqqında danışdı

Tanınmış həkim Aleksander Myasnikov antibakterial sabundan istifadə etməməyi məsləhət görüb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim səbəb kimi sabunun antibakterial xüsusiyyətlərini göstərib. Məhsulun tərkibinə bakteriyaları öldürən maddələr, bu və ya digər antibiotiklər daxildir.

“Ümumiyyətlə, həkimlər antibakterial sabunu çox da tövsiyə etmir. Antibakterial sabunun antibiotik müqaviməti artırdığına inanılır. Belə bir sabun lazımdır, ancaq yalnız müəyyən hallarda, xroniki xəstəliklərin mövcudluğunu nəzərə almaq lazımdır. İnsanların böyük əksəriyyəti üçün adi sabun kifayətdir” , - deyə həkim qeyd edib.

Aytən Məftun

Mənbə: publika.az