“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək

“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək

Martın 25-dən May ayının 17-nə kimi, McDonald’s Azərbaycan şirkəti tərəfindən karantində olan insanların yerləşdiyi bir sıra paytaxt obyektlərinə gündəlik olaraq burger, frenç frayz, içki və digər məhsullardan ibarət pulsuz yemək komplektləri göndərilib. Qeyd olunan dövr ərzində 379,069 AZN məbləğinə ekvivalent olan 41,572 yemək komplekti ianə edilib.

“Qafqazinfo” xəbər verir ki, xeyirxah aksiyanın əsas məqsədi həyatının çətin mərhələsində olan vətəndaşlarımıza dəstək olmaq idi. McDonald’s tərəfindən təşkil edilmiş aksiya karantində yerləşən insalanlar tərəfindən çoxlu sayda müsbət rəy almışdır. Sevimli McDonald’s brendindən hədiyyə alan bir çox insanlar sosial şəbəkələrdə pozitiv fotolarla və təşəkkür statusları ilə paylaşımlar etdilər.

McDonald’s Azərbaycan bütün səhiyyə, FHN əməkdaşlarına və Operativ Gərargahın nəznində Tibbi Bölmələrinin bütün əməkdaşlarına ölkənin rifahı, həmvətənlərimizin təhlükəsizliyi və sağlamlığı üçün gecə-gündüz qəhrəmancasına çalışan digər insanlara öz minnətdarlığını bildirir. Bu mürəkkəb zamanda həmrəylik və mənəvi dəstək hər bir vətəndaş üçün çox vacib amillərdəndir. Biz hər kəsə möhkəm can sağlığı arzu edirik və ümid edirik ki, hal-hazırda xəstəxanalarda və karantində olan insanlar ən yaxın zamanda öz evlərinə, doğmalarının yanına qayıdacaq.

Mənbə: qafqazinfo.az