Koronavirusa yoluxan Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.

Sonxeber.az koronavirusa yoluxan Şamaxı İcra Hakimiyyətinin əməkdaşının vəziyyəti ilə maraqlanıb.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sonxeber.az-a açıqlamasında bildirib ki, Şamaxı İcra Hakimiyyətininn digər işçilərindən də analiz götürülüb: "Onlar hazırda izolyasiya qaydalayarına uyğun olaraq karantindədirlər. Xəstələrin vəziyyəti ilə bağlı məlumat verilmir. Sadəcə onu deyə bilərəm ki, koronavirus analizi müsbət çıxan həmin şəxs xüsusi rejimli xəstəxanadadır. Müalicəsi davam etdirilir".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az