Rusiyanın qənnadı şirkəti ukraynalı rəqibini məhkəməyə verib

Rusiyanın qənnadı şirkəti ukraynalı rəqibini məhkəməyə verib

Rusiyanın “Rot Frot” qənnadı məmulatları istehsalçısı “Romaşka” konfet etiketinə görə Ukraynadan olan rəqibi “Roshen” şirkətini məhkəməyə verib.

“Report” bu barədə RBK telekanalına istinadən xəbər verir.

Məlumata görə, “Rot Front” "Roshen"ə üzərində çobanyastığı şəkli olan etiketi qeydiyyatdan keçirməyə qadağa qoya bilər. Çünki, alıcılar bu konfetləri səhv sala bilərlər.

Xatırladaq ki, Rusiya şirkəti qadağanın tətbiqi ilə bağlı hələ 2017-ci ildə Avropa İttifaqının Ümumi Məhkəməsində iddia qaldırıb. O vaxt İddia təmin edilsə də, 2018-ci ilin sentyabr ayında qərar ləğv edilib.

Qeyd edək ki, “Roshen” şirkəti Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsusdur və ölkə ərazisində ən iri qənnadı məmulatları istehsalçısıdır. 2015-ci ildə şirkətin rəhbərliyi Rusiyada büdcə vəsaitləri ilə bağlı fırıldaqçılıqda ittiham olunub və onlara cinayət işi açılıb.

Mənbə: report.az