Milyarder Stanley Ho öldü - Kazino kralı idi

Milyarder Stanley Ho öldü - Kazino kralı idi

Milyarder Stanley Ho 98 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, sahibkarın ölümü barədə qızı Pensi məlumat verib.

Makaoda qurulan kazino imperatoru Stanley Ho qumar kralı kimi tanınırdı. 1961-ci ildə inhisar lisenziyası aldıqdan sonra qumar biznesinə üstünlük verməyə başladı. 2001-ci ildə fəaliyyətini dayandırdı, ancaq rəqabət yalnız inkişafa təkan verdi və Honun varidatı artdı.

2000-ci ildə Stanley Ho Pxenyanda bir kazino açmaq üçün 30 milyon dollar xərclədi.

Bloomberg qeyd edir ki, onun şirkəti SJM Holdings hazırda Makaoda 20 kazinoya nəzarət edir.

Babək Göyüş

KONKRET.az

 

Mənbə: konkret.az